XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 01:08

Trampın Konqreslə danışıqları nəticəsiz bitdi –Federal hökumət yenə qapanacaq?

ABŞ Konqresi Trampın Meksika ilə sərhədə hasar çəkilməsi üçün tələb etdiyi vəsaiti ayırmaqdan növbəti dəfə imtina edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki,  bununla da 35 gün fəaliyyət göstərməyən ABŞ federal hökumətinin yenidən bağlanacağı gözlənilir:

“Konqresdə Meksika ilə sərhədə divar çəkilməsi  barədə 3 həftə gərgin müzakirələr aparılıb. Lakin  bütün görüş və müzakirələr nəticəsiz bitib. Konqresdə üstünlüyə sahib olan demokratlar bu məqsədlə ancaq 2 milyard dollar ayrılmasına razılıq verəcəklərinin üzərində qətiyyətlə dayanır. Tramp isə bu məbləğin az olduğunu və mütləq 5.7 milyard dolların ayrılmasını tələb edir. Ona görə, tərəflər arasında razılaşma əldə etmək mümkünsüz hala gəlib.

Böyük ehtimalla fevralın 15-də bu barədə rəsmi bəyanat yayılacaq. Elə həmin günü də  federal hökumətin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gələcək”.