XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 09:45

Maduroya ətrafından daha bir zərbə –Bu dəfə Ordunun polkovniki müxalifət tərəfə keçdi

Venesuela ordusunun daha bir yüksək rütbəli zabiti özünü müvəqqəti prezident elan etmiş müxalifət lideri Xuan Quaydonun tərəfinə keçib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, müxalifət tərəfə keçən polkovnik Ruben Pas Ximenes (Ruben Alberto Paz Jimenez) videomüraciətində deyib: “Bizim hərbçilərin 90 faizi narazıdır”.

O deyib ki, ordudan Maduronu hakimiyyətdə saxlamaq üçün istifadə olunur. Eyni zamanda hərbi həkim olan polkovnik ordunu Maduroya tabe olmamağa və ABŞ və Kolumbiyadan ölkəyə göndərilən humanitar yardıma yol açmağa çağırıb.

Hazırda həmin hümanitar maşın karvanı sərhəddən buraxılmır.

Bundan əvvəl Venesuela hərbi-hava qüvvələrinin generalı Francisko Yanes də müxalifət lideri Quaydonu ölkə başçısı kimi tanıyıb.

Müxalifət lideri və parlamentin sədri Xuan Quaydo ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Qeyd edək ki, Rusiya Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.