XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 14:12

“İdman-Azərbaycan”ın rəhbəri dəyişdi- Telekanala Siyavuş Əliyev rəhbərlik edəcək

“İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.

Strateq.az-ın xəbərinə görə, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev “İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

S.Əliyev Strateq.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ay “İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. S.Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək “İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.