XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

18 Fevral 2019 - 20:39

“İfrat forma alan mütilik məni həmişə üzüb” –Məşhur vəkil Vəkillər Kollegiyasından istefa verəcək?

Məşhur vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının Feysbuk sosial şəbəkədə yaratdığı virtual qrupdan çıxıb.

O, kollegiya üzvlüyündən də istefa verə biləcəyinə eyham vurub.

Strateq.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Vəkil bildirib ki, bir neçə gün əvvəl sosial şəbəkədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri n mövcud olduğu qrupda aşağıdakı şərhi yazaraq, qrupdan çıxıb:

“Bildiyiniz kimi, vəkillərin peşə fəaliyyəti ilə bağlı rastlaşdıqları problemlərin müzakirəsi məqsədi ilə bu qrupda bir neçə dəfə müəyyən təkliflər vermişəm. Hər dəfə bu təkliflər qrupun bəzi məlum üzvləri tərəfindən qısqanclıqla qarşılanıb və müzakirə predmetini unudub, hər şeyi şəxsi müstəviyə çəkməyə çalışıblar. Həmişə səbirli olmağa çalışmışam, yeri gələndə həddini aşan bəzi kollegiyalarıma layiq olduqları cavabı vermişəm.

Mənim necə vəkil olmağım qrupdakıların hər birinə məlumdur. Azərbaycanda vəkilliyin inkişafı üçün etdiklərimi də bilənlər bilir. Vəkillikdə həmişə olan, bu gün isə ifrat forma alan mütilik məni həmişə üzüb. Hesab edirəm ki, sözünü deyə bilməyən, öz hüquqlarını qoruya bilməyən vəkilin kiminsə hüququnu qoruyacağı mümkünsüzdür. 

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik anam həmişə deyərdi ki, bala, mən kimnən yox, kim mənnən prinsipi ilə yaşa. Ömrüm boyu bu prinsiplə yaşamışam, heç kimin qarşısında əyilməmişəm. Nə əldə etmişəmsə öz zəhmətimlə əldə etmişəm və Allaha şükür normal yaşamaq üçün lazım olan hər şeyim var. 

Dediklərimi dinləmək iqtidarında olmayan və eşitmək istəməyən bir qrupda qalmağı mümkünsüz hesab edirəm və bu gündən virtual vəkillər kollegiyasının üzvlüyündən istefa verirəm”.

Vəkil daha sonra deyib ki, real Vəkillər Kollegiyasında qalıb-qalmamağım bu gün mənim üçün elə bir önəm daşımır, çünki vəkil olmağımla fəxr edə bilmirəm: “Yeri gəlmişkən, əvvəlki rəhbərlik de-yure məni kollegiyadan çıxardıb , qalır bunu de fakto rəsmiləşdirmək. Bu da ki, RH-dən yox, Lazımdan, daha doğrusu onun gəlməsindən asılıdır”.

Adil İsmayılov sonda qonarar münahisəsinə də toxunub: “Son olaraq hər dəfə müqavilədə göstərilən məbləğlə faktiki aldığımız məbləğ arasındakı fərqi də gözümüzə soxmaq lazım deyil. Bunu bilirsinizsə zəhmət çəkin tədbir görün. Bundan sonra virtual fəaliyyətimi FB-dəki şəxsi səhifəmdə davam etdirəcəm. Maraqlananlar məni orda tapa bilər”.