XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

26 Fevral 2019 - 23:24

Rejissor Rza Rzayevin ilk filminin tam versiyası yayıldı:"GEYİLMƏMİŞ AYAQQABILAR..." - (VİDEO)

Azərbaycan tamaşaçılarının qəlbini “Dolu” filmində yaratdığı “Drakon” obrazıyla fəth etmiş gənc aktyor Rza Rzayevin ilk rejissor və ssenari işi olan “Geyilməmiş ayaqqabılar” filminin tam versiyasını artıq “YouTube” üzərindən izləmək mümkündür.

Strateq.az xəbər verir ki, filmin quruluşçu rejissoru, ssenari müəllifi və baş prodüseri olan Rza Rzayev onu məhz bu gün – Xocalı soyqırımının 27-ci ildönümündə “YouTube” vasitəsiylə yaymaq qərarına gəlib.

Xatırladaq ki, ictimaiyyətə ilk təqdimatı 2017-ci ilin martında keçirilmiş və geniş rəğbət qazanmış film bütövlükdə Azərbaycanın Qarabağ dərdini işıqlandırmağa həsr edilib və daha çox gərgin psixoloji süjeti və siyasi mahiyyətiylə diqqət çəkir.

Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğluyla Bakıdakı qaçqın yataqxanasına sığınmış və hər gün geriyə – öz doğma torpaqlarına qayıtmaq ümidiylə yaşayan bir Azərbaycan qadının ümumiləşmiş obrazı canlandırılıb, onun ağır iztirabları, məşəqqətli həyatı əks olunub; eləcə də “Həsrət” adı verilmiş övladının inadkar xarakteri, tükənməz torpaq həsrəti və alışıb-yanan qisas yanğısı, böyüyərək əsgər getməsi və sonda da ayaqlarını və gözlərini itirmiş şəkildə Xankəndini ziyarəti ifadələrsiz, sözlərsiz  – daha çox kamera, ekran diliylə, simvol və işarələrlə tamaşaçıya çatdırlıb.

Filmdə həm də Qarabağ probleminin indiyədək niyə çözülmədiyinin mahiyyətinə, ayrı-ayrı ölkələrin tutduğu mövqeyə də çox orijinal şəkildə işıq tutulub…

Filmdə ana rolunu tanınmış azərbaycanlı aktrisa Gulzar Qurbanova, onun oğlunu Dəniz Həsənov adlı məktəbli canlandırıb, filmin musiqisini isə rus bəstəkar Vyaçeslav Şulin yazıb.

Strateq.az “Geyilməmiş ayaqqabılar” filminin tam versiyasını təqdim edir: