XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

13 Mart 2019 - 17:01

Bakı 231 şəhər içində 195-ci yerdədir –2019-cu il Həyat Keyfiyyəti İndeksi açıqlandı

Avstriyanın paytaxtı Vyana artıq 10 ildir dünyanın ən keyfiyyətli şəhəri hesab olunur. “Mercer” konsaltinq şirkəti 2019-cu il Həyat Keyfiyyəti İndeksini açıqlayıb.

Turistlər bu 1,9 milyonluq əhalisi olan şəhəri imperial keçmişi, dəbdəbəli sarayları, klassik musiqisi ilə tanıyır. “Qırmızı Vyana” adını isə uzun illər siyasi sol tərəfindən idarə olunması, ucuz dövlət xidmətləri və sosial evlərin çoxluğuna görə qazanıb.

Vyana orta ölçülü şəhərdir, təhlükəsiz, nisbətən yaşıldır. İkinci yeri tutan Sürix də bu keyfiyyətləri saxlayır, amma daha bahalıdır və əsas maliyyə mərkəzi sayılır. Oklend, Münhen və Vankuver isə birlikdə üçüncü yeri tutublar.

İlk beş şəhər ötən ildən dəyişməz qalıb, amma Vankuver beşinci yerdən üçə yüksəlib.

Bakı 231 şəhər içində 195-ci yerdədir. Ötən il 196-cı olmuşdu. Yerevan 170, Tbilisi 187, Moskva 167, Tehran 199, Praqa 69-cu yerdədir.

“Yaşam keyfiyyəti bir sıra faktorlara əsasən müəyyən olunur, ictimai nəqliyyata çıxışdan tutmuş nəqliyyatın sıxlığı, yaşayış yerləri və beynəlxalq məktəblərə əlçatımlılıq, şəhərin mədəni mənzərəsinə qədər”, – Mercer bəyanatında bildirib.

Şirkət “siyasi və sosial mühit”, “istirahət” kimi 10 qrupa bölünmüş 39 faktoru nəzərdən keçirir.

Reytinqdə son 10 yeri tutan şəhərlər dəyişməyib. 231-ci yerdə Bağdaddır. Ondan əvvəl Mərkəzi Afrika Respublikasında Banqui və Yəmənin paytaxtı Sana gəlir.

Reytinqdə böyük dəyişikliklər baş verməyib. Amma Venesuelanın paytaxtı Karakas 29 pillə geriləyərək 222-ci olub. Hazırda bu ölkədə hiperinflyasiya, əsas tələbat mallarının qıtlığı yaşanır. Yanvarda müxalifət lideri Juan Guaido özünü aralıq dövr prezidenti elan edib.

“Brexit”Britaniya şəhərlərinin reytinqinə təsir göstərməyib. London 44-cü yerdədir. “Britaniyada London beynəlxalq biznes mərkəzi hesab olunur”, – “Mercer” vurğulayır. Britaniyada ən təhlükəsiz şəhər Dublindir, ümumi reytinqdə yeri isə 33-dür. (azadliq.org)