XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 12:25

“Ruzigar” ləqəbli reper tutuldu –DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə narkotikdən istifadənin təbliği barədə yayılan videogörüntü ilə bağlı açıqlama yayıb.

Strateq.az DİN-ə istinadla bildirir ki, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib:

“Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən olunub. O, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıbr. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib”.

Məlumata görə, A.Hüseynov narkotik istifadəçisi olduğunu etiraf edib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib..