XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 13:53

“Sevdamsan İstanbul…” –Seçki mübarizəsi gedən İstanbul bələdiyyəsindən diqqət çəkən addım

İstanbulda AKP ilə CHP arasında seçki mübarizəsi davam edərkən, şəhər bələdiyyəsi diqqətçəkən addım atıb.

Strateq.az “Haberler.com”a istinadən xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsi bu gün səhər şəhərin müxtəlif bölgələrinə yeni afişalar vurdurub: “İstanbulun bələdiyyə sədri hələ rəsmən bəlli olmazkən, şəhər bələdiyyəsi bu gün səhərdən etibarən, şəhərin müxtəlif ərazilərinə “Sevdamsan İstanbul, vəzifədən deyil, könüldən…”  və “Nə ediriksə könüldən, nə ediriksə İstanbul sevdamızdan…” yazılı afişalar asdırıb”.

Şəhər bələdiyyəsinin bu afişalarla kimə nə mesaj verdiyi isə açıqlanmayıb.