XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 16:32

Binəli Yıldırım:“Səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb"

“Bu bir hüquqi prosesdir. Səslər saxtalaşdırılıb. Hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb.”

Avropa.info xəbər verir ki, bu sözləri AK Partiyanın İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib. Yıldırım İstanbulda planlı şəkildə saxtakarlıq edildiyini və bunun üçün hüquqi proses apardıqlarını bildirib.

“Hüququmuzu müdafiə edirik, vətəndaşlarımızın verdiyi səsin doğru-dürüst sayılmasını istəyirik. Səslər saxtalaşdırılıb, hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb. İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin saxta səslərlə seçilməsi doğru deyil.

Seçkidə edilən saxtakarlıqlar , yanlışlıqlar, səs oğurluqları kifayət qədərdir. Hamımıza düşən, nəticə sakitliklə gözləməkdir. Xarici ölkələrə mesajlar göndərmək, xarici ölkələrdən Türkiyəyə təzyiq tələb etmək doğru deyil. İmamoğluna YSK-nın verəcəyi qərarı sakitliklə gözləməsini bir daha tövsiyə edirəm” – Binəli Yıldırım belə deyib.