XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 13:34

Yerevanda həbslər başladı –Paşinyan küçələrə “Saxta Nikol” yazan 5 nəfəri tutdurdu

Ermənistanın paytaxtı Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxta nikol”) yazan 5 vətəndaş polisə aparılıb.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Ermənistan polisindən məlumat verilib.

Onlara ölkənin inzibati qayda pozuntusu haqqında xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Bildirilib ki, həmin şəxslər Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun üzvləridir.

Qeyd edək ki, ötən günlərdə də oxşar aksiya keçirən gənclər saxlanılmışdı.

Report