XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 15:43

İranlı nazirdən sensasion iddia:"ABŞ kəşfiyyatının İran və regiondakı şəbəkəsini üzə çıxardıq"

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran və regiondakı casus şəbəkəsini aşkar etmişik”.

Bunu İran İnformasiya naziri Mahmud Ələvi deyib.

O, casus şəbəkəsinin aparılan çətin işdən sonra ortaya çıxarıldığını bildirib.

Ələvi şəbəkənin ümumilikdə 290 casusdan ibarət olduğunu deyib.

O, həmçinin ABŞ MKİ-nin onlarla əməkdaşının aşkar edilərək həbs edildiyini bildirib.

Nazir Tehranın casus şəbəkəsi barədə informasiyanı ABŞ casuslarını həbs edən digər dövlətlərlə də bölüşdüyünü də söyləyib. O, MKİ casuslarıyla bərabər Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin casuslarının da aşkara çıxarılmasıyla məşğul olduqlarını bildirib/Axar.az.