XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 16:51

Palata daha iki qurumda audit yoxlaması aparıb –Sənədlər parlamentə göndərildi

Bu gün Hesablama Palatasınıda növbəti kollegiya iclası keçirilib. 

Strateq.az Palataya istinadən bildirir ki,  iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

– Dövlət büdcəsindən Prezident yanında Ali Attestasiya Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə dair;

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)  büdcəsinin icrasının təhlilinə dair.

Bildirilib ki, iclasda hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub, bundan başqa, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim edilməsi qərara alınıb.