XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 18:12

Moldova Prezidenti deputatları sərt tənqid etdi:"Utanmırsınız, bu qədər məbləğ müqabilində heç nə etmirsiniz"

Moldova Prezidenti İqor Dodon ölkə deputatlarını tənqid edən sərt bəyanatla çıxış edib.

Azərtac xəbər verir ki, İ.Dodon İctimai Televiziyaya müsahibəsi zamanı deputatların əmək haqqından şikayətlənmələrinə etirazını bildirib. O, deputatların əmək haqqının artırılması tələbi ilə çıxış etmələrini ölkə vətəndaşlarına hörmətsizlik adlandırıb.

“Kənd əhalisi qəpik-quruş qazanır, deputatlar isə 10 günə 3000 leev almalarına qane olmurlar. Mən sizə sual verirəm – Utanmırsınız? Bu qədər məbləğ müqabilində heç nə etmirsiniz. Seçicilər sizə etibar edib, siz isə bunun müqabilində ölkə, əhali üçün nə etmisiniz?”, – deyə İ.Dodon əlavə edib.