XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 21:32

Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verib- Mayın 1-də postunu tərk edəcək

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.