XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 10:00

Türkiyə ordusu İraq sərhədində itki verdi:4 hərbçisi şəhid olub, 6-sı yaralanıb

Türkiyə ordusu İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatında ağır itkilər verib.

Strateq.az “Haberler.com”a istinadən xəbər verir ki, PKK terrorçuları ilə çıxan döyüşdə 2 türk əsgəri şəhid olub, 8-i yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, daha iki əsgər şəhid olub.

Faktla bağlı Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Şəhidlərin ailələrinə başsağlığı verilib.

Bildirilib ki, bölgədə antiterror əməliyyatı davam edir.