XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 13:49

General Vilayət Eyvazov Qubada vətəndaşları qəbul etdi –Müraciətlər yerindəcə həll olundu

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Məlumata görə, müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.