XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 12:55

Dəhşətli partlayışlarda ölən və ya yaralananlar arasında azərbaycanlılar var? –XİN-dən açıqlama

“Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə hər hansı məlumat daxil olmayıb”.

Strateq.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Şri-Lankada kilsə və otellərdə ard-arda 7 partlayış törədilib. Nəticədə 185 nəfər həlak olub, 500-dən çox yaralı var.