XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 16:02

XİN:"Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

Bu barədə XİN-in rəsmi “Facebook” səhifəsinə yerləşdirilən məlumatda deyilir.

“Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik”, – deyə nazirliyin məlumatında qeyd olunub.