XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 13:22

Nikol Paşinyan:"Rusiya elitasında bizə qarşı etimadsızlıq var"

“Rusiyada komandamızın üzvlərinə inamsızlıq var”.

Bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan “Civilnet”ə müsahibəsində deyib.

“Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmisil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektorunu Rusiyanın sevməyən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirib.Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zaman-zaman bu həll olacaq“, – deyə Nikol Paşinyan vurğulayıb.

O qeyd edib ki, dövlətlərarası institular qarşılıqlı şəkildə fəaliyyətə başlayandan sonra iki ölkənin məmurları bir-birini başa düşəcək.