XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 15:12

Fransa təşkilatından ermənilərə çağırış:"26 fevralı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanıyın"

Fransada Azərbaycanın Dostları Assosiasiyası (FADA) erməniləri fevralın 26-nı Xocalı  soyqırımı qurbanlarının xatirəsi günü kimi tanımağa çağırıb.

Bu barədə FADA Prezidenti Jan-Fransua Manselin kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə vurğulanıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün ölkədə qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsi günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. “Əslində, fevralın 26-nın Xocalı soyqırımı qurbanlarının xatirə günü kimi ermənilər tərəfindən tanınması və anılması ədalətli olar. Çünki 1992-cı il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 613 sıravi vətəndaş, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Bu gün erməni icmasının nümayəndələri Türkiyəyə yaddaş borcunu yerinə yetirməmədiyinə görə iradlarını bildirirlər. Bəs Ermənistanın öz yaddaş borcunu yerinə yetirməsinin vaxtı artıq çatmayıbmı?” (Report)