XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 15:42

Nazir:"ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı xəyalı reallaşmayacaq"

ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı xəyalı reallaşmayacaq xəyaldır.

Bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasını şərh edərkən deyib.

Bazarda neft tədarükü və tələbatın kövrək vəziyyətdə olduğunu, ABŞ və müttəfiqləri tərəfindən edilən şərhlərə bazarın reaksiyasından duyduqları narahatlığı ifadə edən nazir bildirib: “Neft sənayesi ABŞ-ın iqtisadi savaşında hədəflərin ən başlıcasıdır. Lakin İranın neft ixracını sıfıra endirməklə bağlı xəyal reallaşmayacaq xəyaldır”.

Neft bazarına ehtiyac duyulduğu qədər neftin çıxarılacağına dair zəmanətin verilmədiyini deyən nazir bəzi ölkələrin hasilatla bağlı rəqəmləri real həcmdən çox açıqladıqlarını qeyd edib: “ABŞ və onun müttəfiqləri nefti siyasi bir silah olaraq istifadə edir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Ağ evin məlumatında deyilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu(azərtac).