XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 16:01

Yanukoviç Ukraynaya qayıtmaq istəyir- Zelenskinin andiçmə mərasimindən sonra

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Vladimir Zelenskinin andiçmə mərasimindən sonra ölkəsinə qayıdacağına inanır.

Bu barədə mətbuata onun vəkili Vitaliy Serdyuk məlumat verib.

Vəkil bildirib ki, V.Yanukoviçin Ukraynaya qayıtması istiqamətində işlər davam etdirilir. “V.Yanukoviçin günahsız olduğunu sübut etmək üçün işlərimizi davam etdiririk, biz buna nail olacağıq”,- deyə vəkil əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarında Kiyev məhkəməsi V.Yanukoviç barəsində 13 il müddətinə həbs qətimkan tədbiri seçib(azərtac).