XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

15 May 2019 - 13:25

Əli Əhmədov:"İcbari tibbi sığorta paketində plastik əməliyyatlar olmayacaq"

“İcbari tibbi sığortanın xidmətlər paketində hansı xidmətlərin göstəriləcəyi qeyd olunub. İcbari tibbi sığorta səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndiriləcək”.

Bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov  deyib.

O qeyd edib ki, xidmətin baza zərfinə daxil olan xidmətlərdən bütün vətəndaşlar yararlana biləcək: “Elə xidmətlər var ki, onlar icbari tibbi sığortada nəzərdə tutulmur. Məsələn, plastik əməliyyatlar… Hesab edirəm ki, icbari tibbi sığorta əhəmiyyətli sosial layihədir”. /Report