XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

15 May 2019 - 14:21

ABŞ bütün amerikalı dövlət qulluqçularını İraqdan çıxarır- Dövlət Departamenti göstəriş verdi

ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib.

Bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb. “Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün amerikalı dövlət işçilərinin, o cümlədən Bağdaddakı səfirlik və Ərbildəki konsulluq əməkdaşlarının İraqdan çıxarılması barədə göstəriş verib”, – diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda belə deyilir.

Səfirliyin məlumatına görə, viza xidmətlərinin göstərilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran tərəfindən hərbçilərə potensial təhlükənin artması səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini yüksəldib(azərtac).