XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

15 May 2019 - 14:44

Ərdoğan İlham Əliyevə zəng etdi –Ramazan ayı münasibətilə

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısına telefonla zəng edib. 

Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat xidmətindən məlumat verilib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi  və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.