XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

15 May 2019 - 15:30

Çavuşoğlu:"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır"

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal şəkildə çalışır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, ümumilikdə Türkiyə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə üçün vacibdir.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.