XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

18 May 2019 - 21:01

Bakıda ticarət mərkəzində güclü yanğın- Xəsarət alanlar var

Bakının Xəzər rayonunda yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə Zaqulba qəsəbəsində yerləşən “Zagulba Mall” ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür. Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 4 nəfər hospitalizasiya edilib.

3 nəfər – iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.