XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

19 May 2019 - 11:05

Ərdoğan:"F-35-ləri də alacağıq, S-400-ləri də..."

Biz “Patriot”ları Barak Obamanın dövründə istədik, ancaq eks-prezident bizə “Konqres icazə vermir” dedi.

Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Trampa dedik ki, bu işin önünü kəsən Obama oldu. Sən Konqresdən icazə ala bilirsənsə, biz “Patriot” da alaq. Həm S-400, həm də “Patriot”umuz olsun. F-35 qırıcılarından da 5 dənəsini bizim general və pilotlarımıza təhvil verdilər. Ancaq aparatları vermədilər. Hazırda oraya 7 milard dollar dəyərində təyyarə hissələrini göndəririk. Bir az naz edirlər, topu meydanın ortasında oynadırlar, ancaq bu iş mümkünsüz deyil. Gec-tez, biz F-35-ləri alacağıq. S-400-lər də ölkəmizə gələcək”, – Ərdoğan qeyd edib. /Axar.az