XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

20 May 2019 - 12:31

Birinci vitse-prezident Mehriban Əliyevadan Ramazan paylaşımı:"Bütün dua və diləklərinizin qəbul olunmasını arzu edirəm"

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

Trend-in məlumatına görə, sosial şəbəkədə edilən paylaşımda deyilir:

“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.