XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

22 May 2019 - 09:45

ABŞ Türkiyəyə iki həftə vaxt verdi:"Sövdələşməni pozun!"

ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

Bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də “reaksiyaya” səbəb ola bilər. /Report