XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

22 May 2019 - 16:51

Azərbaycan nümayəndə heyəti Qazaxıstana gedəcək –Prezident seçkiləri ilə bağlı

Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev bu ölkədə keçiriləcək növbədənkənar prezident seçkisinə həsr olunmuş konfransda bildirib.

“Azərbaycan nümayəndələri də parlament, MSK adından və beynəlxalq təşkilatların tərkibində müşahidəçi kimi dəvət olunub. Bu, 40-dan çox insan deməkdir”, – diplomat deyib.

O, ölkələrimiz arasındakı ikitərəfli qardaşlıq münasibətlərinin Qazaxıstanın yeni rəhbərliyi dövründə də dinamik inkişafına davam edəcəyinə ümidvar olduğunu bildirib. /Report