XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 18:15

Prezident Ədliyyə Nazirliyi ilə bağlı fərman verdi –Dəyişiklik

Bu gün Prezident İlham Əliyev fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.25-ci yarımbəndə “cəzaları” sözündən sonra “, həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən icrası və ya icrası üzərində nəzarət icra məmurlarına həvalə edilmiş cinayət-hüquqi xarakterli digər tədbirləri (bundan sonra – müvafiq cinayət-hüquqi xarakterli tədbirlər)” sözləri və “, cəzaların” sözündən sonra (birinci halda) “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.

2. 9.26-cı yarımbəndə “cəzaların” sözündən sonra “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.