XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 22:51

Rus ekspertdən S-400-lə bağlı maraqlı şərh:"Əgər Ərdoğan imtina edərsə..."

“S-400-dən imtina etmək Ərdoğan üçün imicini itirmək deməkdir”.

Bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko deyib.

“NATO ölkəsi, üstəlik döyüşkən ölkə Rusiya istehsalı S-400 alır. İkincisi də, ABŞ-ın müdafiə büdcəsi itki ilə üzləşir. Milyardlarla dollar ABŞ istehsalçılarının əlinə keçməyəcək. ABŞ ən çox S-400 məsələsindən narahat idi. Ona görə də təhdidə, şantaja və təzyiqə əl atır. Amma bacarmayacaqlar. Ərdoğan üçün S-400-dən imtina etmək, imicini itirmək anlamına gələr. Bu səbəbdən türk lider buna əsla icazə verməz”, – deyə ekspert bildirib/Axar.az.