XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

27 May 2019 - 10:37

XİN başçısı:"Bunun üçün ilk növbədə Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir"

 

“Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır”. 

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov  Rusiyanın “Kommersant” qəzetində müsahibəsində deyib.

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.  /Report