XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

10 İyun 2019 - 15:28

Nazir jurnalistə qarşı yeni iddia qaldırdı –"Alkaş" sözünə görə

Bir neçə gün əvvəl  anasını itirən jurnalist Teymur Kərimov bu gün məhkəmə qarşısına çıxıb. Səbəb isə jurnalistə qarşı Səhiyyə Naziri Oqtay Şirəliyev tərəfindən yeni iddianın itrəli sürülməsi olub.

Strateq.az “Yeni Sabah”a istinadla bildirir ki, Səhiyyə Naziri 147.2 maddəsi ilə jurnalisti məhkəməyə verib. Məhkəmə şikayətə baxsa da, nazir iddiasını geri çəkib, yeni iddia qaldırıb.

Teymur Kərimov məhkəmə çıxışında sualları cavablandıran zaman bunları qeyd edib:

“Absurd bir ittiham irəli sürmüşdülər. O iddianı geri çəkib yeni iddia qaldırıblar. Mən Oqtay Şirəliyevlə oturub yeyib-içməmişəm ki, ona alkaş deyim. Mən sadəcə Azərbaycan mətbuatından oxuduğum “Alkaş nazirin sərgüzəştləri” haqqında danışmışam. Mənim anamı Oqtay Şirəliyevin səhiyyəsi öldürdü. Amma ürəkləri soyumaq bilmir ki, bilmir. İndi də məni məhkəməyə verirlər. İmkan vermirlər ki, yasımı saxlayım”.

Qeyd edək ki, məhkəmə qarşısına Səhiyyə Nazirliyindən şikayəti olan xeyli sayda insan gəlib, Teymura dəstək olublar.