XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

12 İyun 2019 - 11:00

Baş Nazir:"Bu tədbirin Bakıda keçirilməsi çox mötəbər haldır"

novruz-9.jpg

Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır”.

Bunu Azərbaycanın Baş Naziri  Novruz Məmmədov  bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: “Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsi bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş Nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan infrastruktura böyük həcmdə vəsait qoyub”.

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub. /Report