XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

12 İyun 2019 - 21:35

Rusiyalı politoloq:"Gürcüstan NATO-ya üzv qəbul edilsə, Qərb müharibə ilə üz-üzə qalacaq"

“Qərb Rusiyadan qorxduğu üçün Gürcüstanı NATO-ya üzv qəbul etmək istəmir”.

Bunu rusiyalı politoloq Oleq Matveyçev deyib.

Ekspertin fikrincə, Gürcüstanın hərbi ittifaqa qəbul olunması üçün şərtlər uyğun deyil:

“Gürcüstan prezidenti seçicilərini ölkəsinin NATO-ya üzv olmaq ərəfəsində olduğunu inandırmağa çalışır. Lakin NATO liderləri bunun tamam əksini göstərir. Nə şərtlər, nə də belə bir addımın atılacağı inandırıcı gəlmir. İttifaq ölkələri Gürcüstanı öz sıralarına qəbul etmək istəsə, bunun üçün bir hərbi planı da olmalıdır. Digər yandan isə, heç kəs hərbi gücü olmayan zəif bir ölkəni öz sıralarında görmək istəmir. Qənaətimə görə, ən əsası budur ki, Qərb Rusiya ilə müharibə poliqonunda üz-üzə gəlməmək üçün Gürcüstanı NATO-ya qəbul etmək istəmir”.

Oleq Matveyçev Gürcüstanın NATO-ya qəbul edilməsinin bölgədə müharibəyə səbəb olacağını istisna etməyib/Teleqraf.com.