XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

13 İyun 2019 - 12:30

Şamaxı RİH:"Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə araşdırma aparılır"

İyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib.

Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.

Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb. /APA