XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 15:04

“Komandanın yenilənməsi bizim üçün prioritetdir” –Gürcüstan hökumətində dəyişiklik olacaq

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətdə dəyişikliklərin olacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Hökumət başçısı keçirdiyi brifinqdə hadisələri qabaqlamamağa çağırıb.

“David Sergeenko hər zaman bizim komandanın uğurlu üzvü olub və olacaq. Komandanın yenilənməsi bizim üçün prioritetdir. Gəlin, hadisələri qabaqlamayaq”, – deyə M.Baxtadze bildirib.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenkonun bu gün istefa verəcəyi ilə bağlı məlumatlar yayıb. Yayılan məlumatlara əsasən, D.Sergeenkonun yerinə Saçxere klinikasının direktoru Yekaterina Tikaradze və Gürcüstan parlamentinin Səhiyyə və sosial xidmətlər komitəsinin sədri Akaki Zoidzenin namizədlikləri nəzərdən keçirilir/Report.