XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 13:15

Rusiya təsdiqlədi:Patruşev Boltonla görüş üçün Qüdsə gedir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iyunun 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbatla Qüdsdə görüşəcək.

Bu məlumatı Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidməti yayıb. Patruşevin İsrail səfərinin iki gün davam edəcəyi bildirilib.

Qeyd edək ki, bundan öncə Patruşev-Bolton-Ben Şabbat görüşünün Qüdsdə keçiriləcəyi barədə məlumat yayılsa da, Rusiya tərəfi bu məlumatı təsdiqləməmişdi. /Axar.az