XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 13:14

Nazir müavini:“Çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri baş verməsin”

“Son illərdə səhiyyə sahəsində müxtəlif dövlət proqramları qəbul olunub. Onların bəzilərinin vaxtı başa çatıb, daha aktual məsələlərlə bağlı olanlara görə yeni dövlət proqramları qəbul olunub. Ölkədə səhiyyə sahəsi ilə bağlı 11 dövlət proqramı fəaliyyətdədir. Dövlət tərəfindən bu proqramlara kifayət qədər vəsait ayrılır”.

Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Respublikada 44 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini xatırladan nazir müavini deyib ki, onların yarısı regionlarda yerləşir.

O bildirib ki, Azərbaycanda vərəmli xəstələrin sayı azalıb.

E. Ağayev vurğulayıb ki, ölkədə uzun illərdir infeksion xəstəliklərə qarşı çox ciddi mübarizə aparılır, respublikada 10-dan çox xəstəliyə qarşı uşaqların təxminən 99 faizi peyvənd edilir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalmaqdadır: “Biz çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri baş verməsin”. /APA