XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

23 İyun 2019 - 22:10

Tbilisidə etiraz aksiyası: maşınların hərəkəti dayandırıldı –Mitinqə qatılanların sayı artır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.

Strateq.az “Report”un yerli bürosuna istinadla xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Ötəngünkü aksiyalardan fərqli olaraq, bu gün aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin əleyhinə plakatlar tutublar.

Gənc fəallar aksiya iştirakçılarına B.İvanişvili ilə bağlı təhqiramiz xarakterli vərəqələr paylayırlar.