XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 13:07

Partiya sədri baş naziri təəccübləndirdi:“Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”

“Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”.

Bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.

Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”.  /Report