XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 15:23

Universitetdə imtahan zamanı 7 tələbənin halı pisləşdi –İstilərə görə + Adlar

Lənkəran Dövlət Universitetində imtahan zamanı 7 tələbənin halı pisləşib.

Hadisə universitetdə sessiya vaxtı baş verib.

Belə ki, Maliyə və İqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan 2-ci kurs tələbələrindən Yardımlı rayon sakini 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Təcili yardım xidmətinə zəng olunub. O, həkimlərin ilkin yardımından sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra xəstəxanaya LDU-nun daha 6 nəfər qiyabiçi tələbəsi müraciət edib.

Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun “Report”un Cənub Mərkəzinə verdiyi açıqlamaya universitetdən halı pisləşən ilk tələbə üçün təcili yardım çağrılıb. Digər 3 tələbə isə müəllimllərin köməyi ilə xəstəxanaya aparılıblar. Daha 3 tələbə isə xəstəxanaya özləri müraciət edib. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb”.

Xəstəxanadan aldığımız məlumata görə, bu gün günvurma diaqnozu ilə 7 nəfər müraciət edib. Onlardan 4-ü reanimasiya şöbəsinə, 2-si zəruri yardımlardan sonra palataya keçirilib. 1 nəfər isə evə buraxılıb.

Lənkəran Dövlət Universitetində imtahan zamanı halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub:

1. Kərimli Ulduz Elçin qızı 2000-ci il, Yardımlı reanimasiya

2. Əzizova Qumral Cahangir qızı 1999-cu il İmişli reanimasiya
3. Rzazadə Ləman Səfər qızı 2000-ci il, Biləsuvar reanimasiya
4. Cəlilova Ədilə Şamil qızı 1998-ci il, Şabran reanimasiya
5. Nəzərova İlahə Namik qızı 1997-ci il, Bakı reanimasiya
6. İbrahimova Aygün Fizuli qızı 1999-cu il, Cəlilabad
7. Ağazadə Ülviyyə Mübariz qızı 1998-ci il, Bərdə (Evə buraxılıb).

Report.