XƏBƏR LENTİ

27 Yanvar 2020
26 Yanvar 2020
25 Yanvar 2020

Digər Xəbərlər

26 İyun 2019 - 11:22

Sabiq nazir Fazil Məmmədovun səhhəti pisləşdi- Gəncədə xəstəxanaya yerləşdirildi

Ötən gün Azərbaycanın sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.