XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 14:52

Kəmaləddin Heydərov və Eldar Əzizov yanğının baş verdiyi əraziyə gəliblər- FOTO

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

******

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.