XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 15:55

Fövqəladə Hallar naziri vətəndaşlara müraciət edib- Yanğın halları ilə bağlı

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

“Report”un xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır: “Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.

Nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə biz siqareti, zibili nəinki quru otluğa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.