XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 20:37

Minsk-2019:Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazanıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə ilk mükafatçılar müəyyənləşib.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, medallar uğrunda qarşılaşmalara 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçilər start verib.

Azərbaycan güləşçisi Mahir Əmiraslanov qızıl medal uğrunda görüşdə qüvvəsini sınayıb. O, Stevan Miçiçlə (Serbiya) üz-üzə gəlib.

9:1 hesabı ilə qalib gələn idmançımız Avropa Oyunlarının çempionu adına yiyələnib. O, Azərbaycan yığmasının II Avropa Oyunlarındakı ilk qızıl medalını qazanıb. Bu medal millimizin Minsk-2019-da 12-ci mükafatı olub. Bunadək idmançılarımız 4 gümüş və 7 bürünc əldə etmişdilər.

Qeyd edək ki, bu gün daha üç sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq. Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.