XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

27 İyun 2019 - 12:49

Sabiq prezidentin toxunulmazlığı ləğv olundu –Cəmi 7 deputat Atambayevın lehinə səs verib

Qırğız Respublikasının parlamenti ölkənin keçmiş prezidenti Almazbek Atambayevin toxunulmazlığını ləğv edib. 

“RİA Novosti” xəbər verir ki, məlumatı qanunverici orqanın Mətbuat xidməti yayıb.

Onun keçmiş dövlət başçısı kimi toxunulmazlıq statusunun ləğv edilməsi haqqında qanun layihəsinin lehinə 110 deputatdan 103-ü səs verib.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Ölkənin Baş Prokurorluğu onun prezident olarkən fəaliyətində korrupsiya əlamətləri aşkarlamışdı.