XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 12:45

Ali Məhkəmə sədrinin və hakimlərinin maaşı artırılıb –Qərar

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək. Yəni 2 475 manat.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir:

“Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub. /Report